Musiqi dinləmə proqramlarının bu dövründə, seçməkdə çətinlik çəkə biləcəyiniz bir çox seçim var. Əsasən eyni xidmətin göstərilməsinə yönəlmiş bu proqramların fərqli ödəniş planlarımusiqi kitabxanaları var. 2022-ci ildə musiqi dinləməyi sevən bir insansınızsa, seçə biləcəyiniz bir çox musiqi dinləmə proqramı var. Söz edəcəyim proqramların hamısı pulsuzdur və əksər Android və iOS cihazlarına uyğun gəlir. Əksər musiqi dinləmə proqramları onların ödənişli seçimlərindən pulsuz istifadə etməyə imkan verir. Bəzi platformalar yalnız müəyyən bir janr üçün xidmət etdiyi halda, bəzi platformalar radioya qulaq asmağa imkan verir. 

Pulsuz musiqi dinləmək proqramları:

  • Soundcloud
  • Spotify
  • Audiomack
  • TuneLn 
  • Idagio
  • YouTube Music
  • Deezer

SoundCloud

Digər pulsuz musiqi dinləmə proqramları kimi populyar olan SoundCloud, başqa heç bir platformada eşitmədiyiniz yeni və gələcək trekləri də təqdim edir. Çox minimalist və sadə dizaynı ilə istifadəçilərə istifadə rahatlığı təqdim edir. SoundCloud, xüsusən də həvəskar sənətçilərin öz yazılarını asanlıqla yükləyə biləcəyi məşhur platformadır.

Spotify

Spotify təkcə musiqi dinləmək üçün ən populyar proqramlardan biri deyil, həm də pulsuz istifadə edə biləcəyiniz ən yaxşı platformalardan biridir. Tətbiq premium versiya ilə yanaşı, müxtəlif funksiyaları məhdudlaşdırılmış pulsuz versiyanı da təklif edir. Siz sevimli mahnılarınızla playlist düzəldə , podcastlara qulaq asa, digər ifaçıları və ya dostları izləyə və əhvalınızdan asılı olaraq minlərlə playlist-dən birini dinləməyə başlaya bilərsiniz. Şirkətin açıqladığı son hesabatlarda premium istifadəçilərinin sayının 195 milyona çatdığı bildirilib. Abunəliyinizi premium plana yüksəltsəniz, heç bir reklam məhdudiyyəti olmadan musiqi dinləyə bilərsiniz. Pulsuz versiya limitsiz mahnı atlamasını məhdudlaşdırır.

Audiomack

Audiomack, SoundCloud kimi hələ kəşf edilməmiş və yeni sənətçilərə diqqət yetirən pulsuz bir platformadır. 2012-ci ildən fəaliyyət göstərən platformanın hazırda aylıq 17 milyondan çox istifadəçisi var. Xüsusilə Hip-hop və EDM kimi xüsusi janrlara diqqət yetirən platformanın iOS, Android və masaüstü versiyaları var. Sənətçilər üçün mövcud olan pulsuz xüsusiyyətlərə limitsiz trek yükləmələri, statistikaların yoxlanılması və pul qazanılması daxildir. Dinləyicilərə təqdim edilən pulsuz versiyada reklamlar var.

TuneIn

Tuneln ilə siz minlərlə radio stansiyaları arasından seçim edə bilərsiniz. Siz həmçinin ifaçı, mahnı və ya janr axtararaq bütün radio stansiyalarını tapa bilərsiniz. Ümumi radio, musiqi, xəbərlər və idman da daxil olmaqla dünyanın hər yerindən çoxlu radio seçimi var. Hazırda 100.000-dən çox stansiya istifadəçilər üçün əlçatandır. Tuneln ümumiyyətlə pulsuz istifadə olunan platformadır, lakin siz reklamları silmək və ya yalnız Premium abunəçilər üçün əlçatan olan xususiyyətlərdən yararlanmaq istəyirsinizsə, əlavə ödənişli abunə də seçə bilərsiniz.

Idagio

Idagio sırf klassik musiqi üçün platformadır. Dirijorlar, solistlər və fərdi çıxışlar haqqında bütün detalları əldə etməyə imkan verən Idagio klassik musiqi ilə inteqrasiya olunmuş çox zərif dizayna malikdir. Siz Idagio-nun bütün musiqi kitabxanasını pulsuz dinləyə və klassik musiqi siyahılarına daxil ola bilərsiniz.

YouTube Music

YouTube Music-in pulsuz versiyası internet bağlantınız varsa, istədiyiniz qədər musiqi dinləməyə imkan verir. Ancaq digər platformalarda olduğu kimi pulsuz versiyada da müxtəlif reklamlar görünəcək. Ödənişli və pulsuz versiyasında platforma seçimlərinizə əsasən ağıllı təkliflər verir və seçmək üçün böyük musiqi və video kitabxanası təklif edir. YouTube Music, yəqin ki, pulsuz olaraq mövcud olan ən böyük sənətçi seçiminə malik platformalardan biridir.

Deezer

Deezer 90 milyondan çox lisenziyalı treki olan musiqi dinləmə platformasıdır. Siz əksər mahnıları dinləyə və ya yükləyə bilərsiniz. Musiqiyə daha yüksək keyfiyyətli və oflayn qulaq asmağa imkan verən premium seçim də var. Pulsuz versiyada Spotify ilə oxşar modeldə işləyən reklam sistemi var. 2016-cı ildə ABŞ bazarına girən Fransız şirkəti Deezer, digər platformalardan çox fərqli xüsusiyyətlər təqdim etməsə də, qəşəng dizaynı rəqabətli mövqedədir.

Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

1 Şərh

  • Kanan Mirzayev
    Amil Rustamli
    9 December 2022

    Dəyərli məlumatınız üçün təşəkkür edirəm!