
Onlayn alış-verişin həyatımıza daxil olması ilə fərdi məlumatların təhlükəsizliyinin əhəmiyyəti artdı.Bu gün veb saytlar HTTP(Hypertext Transfer Protocol) və HTTPS(Hypertext Transfer Protocol Secure) protokollarından birini istifadə edir.Bir çox veb-brauzerlər HTTP protokolu ilə işləyən veb-saytları təhlükəli veb saytlar kimi qəbul edirlər.
SSL sertifikatı nədir?
HTTPS protokolu vebsayt və istifadəçi arasında təhlükəsiz əlaqə yaradır. SSL sertifikatı isə istifadəçi veb-sayta daxil olduqda məlumatların dəyişdirilmədiyini təsdiqləmək üçün istifadə olunur.
SSL sertifikatını necə əldə etmək olar?
Server tərəfində SSL sertifikatından istifadə etmək üçün bir çox üsul var. Cloudflare və Fastly kimi firewall xidmətləri vasitəsilə veb saytınız üçün pulsuz SSL sertifikatı əldə edə bilərsiniz.Həmçinin Let's Encrypt, OpenSSL və ZeroSSL kimi platformalar vasitəsilə veb saytınız üçün pulsuz SSL sertifikatı yarada bilərsiniz.