
Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.
Bu yazımda sizə backlink nədir, backlink almaq üçün saytlar, backlinklərin tipləri, dofollow və nofollow backlinklər və bir çox backlink analizi vasitələrindən danışacam.
*Aşağıda saytınıza backlink almaq üçün veb saytları qeyd edəcəm.
Çünki, veb sayt nə qədər çox yüksək DA (Domain Authority) malik backlinki olarsa istifadəçilər üçün o qədər faydalı olduğuna inanırlar. Yüksək keyfiyyətli yəni yüksək DA reytinqinə malik backlinklər bir veb saytın sıralama mövqeyini və axtarış motorları nəticələrində (SERP – Search Engine Result Page) görünməsini artırmağa və ilk sıralarda çıxmasına kömək edə bilər.
Backlink axtarış motoru alqoritmində, SEO-da (Search Engine Optimiziation) və veb saytınızı böyütmək üçün qurulmuş strategiyada mühüm rol oynayır. Backlinkləri anlamağın ən asan yolu onlari veb saytlar arasındakı söhbət təsəvvür etməkdir.
Məsələn, Kənan bloggerdir və idman hadisəsi ilə bağlı çox maraqlı bir məqalə yazır. Tanınmış xəbər saytında çalışan blogger Nicat, öz məqaləsində fikirlərini bölüşərkən Muxtarın məqaləsinə link verir. Və beləliklə saytlar arasında backlink yaranır. Ümidin xəbər saytı populyar olduğuna görə bir çox sayt yenidən yazdığı məqaləyə link verəcəkdir. Bu, xəbər saytının nüfuzunu artırır və Kənanın məqaləsi də nüfuzlu saytdan dəyərli bir link əldə edir.
Backlinklərin iki əsas növü var və biri digərindən daha vacibdir. Backlinklərin tipinin hər birinə və saytınıza necə təsir etdiyinə nəzər salaq.
Dofollow backlinklər hər kəsin istədiyi backlink növüdür. Yalnız yüksək DA malik veb saytlardan gələn backlinklərin ən çox dəyər verdiyini unutmayın. Bu cür backlinklər axtarış motorlarında veb saytınızın reytinqini yaxşılaşdırmağa kömək edə bilər.
Nofollow etiketi axtarış motorlarına linki görməməyi tapşırır. Bir saytdan digərinə heç bir dəyər ötürmürlər. Yəni, ümumiyyətlə axtarış sıralamalarınıza və ya irəliləməyinizə köməkçi olmurlar.Dofollow backlinklər hər kəsin istədiyi backlink növüdür. Yalnız yüksək DA malik veb saytlardan gələn backlinklərin ən çox dəyər verdiyini unutmayın. Bu cür backlinklər axtarış motorlarında veb saytınızın reytinqini yaxşılaşdırmağa kömək edə bilər.
Do-follow backlink almaq üçün məqalənin sonundakı listə baxa bilərsiniz.
Bununla yanaşı pis və ya ‘zərərli’ hesab olunan backlinklər də mövcuddur. Bu tip backlinkər şübhəli, spam veb saytlardan gəlir və ya axtarış motorlarının xidmət şərtlərini pozaraq əldə edilir. Bu tip backlinklər Google’un saytınızı cərimələməsinə və ya hətta Google indeksindən silinməsinə səbəb ola bilər. Unutmayın ki, əsas şərt backlinklərin sayı deyil, sıralamada fərq qoyan backlinklərin keyfiyyətidir.
Saytınız üçün backlink yaratmaq bəzən çox vaxt tələb edir. Veb saytınız üçün keyfiyyətli backlinklər yaratmağa başlaya biləcəyiniz 6 sadə yolu aşağıda izah etmişəm.
Rəqabəti görmək üçün backlink araşdırması etməyə başlaya bilərsiniz. Bunu etmək üçün, ilk sıralarda rəqiblərinizin backlinklərini görmək lazımdır. Bu rəqib analizini etmək üçün bir sıra tool-lardan istifadə edə bilərsiz: Google Search Console, Ahrefs, SEMrush, Screaming Frog, Majestic, MOZ və s.
Backlinklərinizə həmişə diqqət yetirmək çox vacibdir. Google Webmaster Təlimatları zərərli veb saytlardan olan backlinkləri silməyinizi məsləhət görür. Əgər belə etmirsinizsə, onda Google veb saytınızı cəzalandıra bilər və veb saytınız axtarış nəticələrində azalmağa başlayacaq.
Bunlarla qarşılaşmaq istəmirsizsə aşağıdakı sualların cavabını bilməlisiz.
Saytınızın trafikini artırmaq və backlinklərinizi görmək üçün Google Axtarış Konsolundan (Google Search Console) istifadə edə bilərsiniz, ancaq bu çox vaxt tələb edə bilər və edə biləcəyi şeylər məhduddur.Bununla birlikdə daha sürətli və daha yaxşı vasitələr mövcuddur. Məsələn, SEMrush istifadə edərək, bu vacib sualların hər üçünə və daha çoxuna tez cavab verə bilərsiniz.SEMrush, xüsusi olaraq backlinklərlə məşğul olan iki əsas sahəyə malikdir. Birincisi, rəqiblərinizi öyrənməyə imkan verən Backlink Analytics bölməsidir, ikincisi Backlink Audit sahəsidir.
SEMrush Backlink Audit vasitəsi hər bir backlinki yoxlayır və zərərli olanları sıralayır. Bu sayədə Google veb saytınızı cəzalandırmazdan əvvəl zərərli backlinkləri tapıb rədd edə bilərsiniz.SEMrush ilə açar söz araşdırması (keyword research) edə və rəqiblərinizin backlinklərini görə bilərsiniz. Backlink profilinizi izləmək saytınızın dəyəri haqqında çox şey söyləyəcək və saytınızın SEO optimizasiya strategiyasının vacib bir hissəsidir.
PULSUZ BACKLİNK ALMAQ ÜÇÜN SAYTLAR: |
SEO haqda daha çox paylaşım üçün baxa bilərsiniz: buradan
Bir şərh yazın