Kameralar zamanla böyük dəyişikliklərə və inkişafa məruz qalıb.Bu gün buraxılan yuxarı seqmentdə olan ən yaxşı kameralara malik smartfonlar indi yavaş-yavaş böyük foto aparatları əvəz etməyə başlayır.

Ən yaxşı kameraları olan smartfonlar

Siyahımızı qurularkən nə dünya miqyasında, nə də ölkəmizdə satışı olmayan modellər daxil edilməyib.Bundan əlavə, video çəkiliş xüsusiyyətlərindən və selfi performansından asılı olmayaraq, bu smartfonların əsas kameralarının yalnız foto çəkilişini nəzərə alaraq reytinq tərtib edilib.Əslində siyahıya daxil edilməli olan Huawei P50 ailəsi, Google Pixel 6 modelləri və Xiaomi 12 Pro kimi bir çox cihaz var. Lakin qeyd edilən kimi ölkəmizdə rəsmi satışa çıxarılmadığı və ya hələ başlamadığı üçün onlar daxil edilməyib.

iPhone 13 Pro Max

Apple-ın bu il təqdim etdiyi cihaz və xüsusilə linzalarının artan ölçüsü ilə iPhone 13 Pro Max kamera baxımından önə çıxan cihazlar arasındadır. 12 meqapiksellik arxa kamera Sensor-shift OIS və HDR kimi bir çox funksiyaları özündə cəmləşdirir.