Azərbaycan Mərkəzi Bankı ABŞ-ın “Google”,“PayPal Holdings” və Cənubi Koreyanın “Samsung" şirkətləri ilə onlara məxsus ödəniş sistemlərinin ölkədə işləməsi barədə danışıqlar aparır.Bunu  AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“ “ApplePay” ödəniş sistemi bizim dəstəyimizlə uğurla istifadə edilir. Hazırda isə "Google Pay","PayPal"və "Samsung Pay" kimi texnologiyaların ölkəmizə gəlməsi üçün danışıqlar aparırıq. Çalışırıq ki, Azərbaycan da həmin təşkilatların siyahılarına əlavə edilsin. Bunun üçün müəyyən şərtlər var. Təmassız ödənişlər, elektron ticarət və s.buraya daxildir. Bu istiqamətdə fokusumuz həmin sahələrin inkişaf etdirilməsidir ki, bazarımıza böyük texnologiyaların daxil olması üçün istifadə edək.Azərbaycan Mərkəzi Bankı bu ilin sonuna qədər bu ödəniş sistemlərinin ölkədə başlamasına nail olmaq istəyir”, - deyə o qeyd edib.

Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

0 Şərh