
Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.
Git istənilən proqramçı üçün çox vacib bir vasitədir.Bir çox git əmrləri mövcuddur.Bu məqalədə ən çox istifadə olunan və işinizi sürətləndirəcək 13 əmr haqqında məlumat verməyə çalışacam.Git və Github arasındakı fərqi bilmirsinizsə buradakı məqalədən oxuya bilərsiniz.
Githubda yerləşən proyekti klon etmək üçün git clone istifadə olunur: git clone <repository url>
Boş repoda yeni bir proyektə başlamaq eləcədə mövcud proyekti başlatmaq üçün git init istifadə olunur:git init
Git fetch ilə siz proyektdəki ən son yenilənmələri eləcə də, kodla edilən ən son dəyişiklikləri əldə edirsiniz.
Bu əmrlə siz Branch dəyişə bilərsiniz: git checkout <branch name>
Yeni Branch yaratmaq üçün: git checkout -b <branch name>
Bu əmr yenilədiyiniz və repoya göndərmək istədiyiniz faylları seçir.Siz git add <file path> ilə xüsusi fayl əlavə edə və ya bütün faylları git add -A ilə əlavə edə bilərsiniz.
Hər hansı faylı əlavə etmək istəmirsinizsə bu əmri yaza bilərsiniz.Bunları əvvəlcə git add ilə əlavə etmək və ardından git stash istifadə etmək lazımdır.Dəyişiklikləri geri qaytarmaq üçün git stash apply istifadə edin.
Proyektdə edilən dəyişikləri əlavə etmək üçün etdiyiniz dəyişikliklər hakkında kiçik bir commit yazmalısınız.
git commit -m “commit message”
Məsələn: git commit -m “added a new react component”
Commit yazıldıqdan sonra edilən dəyişiklikləri repoya göndərmək üçün git push əmrindən istifadə olunur.
Etdiyiniz dəyişikliyi geriyə ala bilərsiniz.Bunu etmək üçün atdığınız commit-in hash kodunu bilməlisiniz.Həmin hash kodu əldə etmək üçün: git log — oneline.
Bu kodla əvvəl atdığınız commitlərin siyahısını görəcəksiniz.Əgər geri almaq istəyirsinizsə git revert 7804f7c əmrindən istifadə edirsiniz.shift + q ilə görünəcək ekrandan çıxın və ya terminala :qa yazmağınız kifayətdir.Yeni commit əvvəlki commitləri silmədən geri alacaqdır.
git pull ilə repodakı edilən dəyişiklikləri proyektinizə əlavə edecəksiniz.
git branch ilə repoda olan Branch-ların siyahısını görəcəksiniz.
Eyni zamanda yeni Branch yarada bilərsiniz: git branch <new branch name>
Branch silmək üçün: git branch -d <branch name>
git status Branch haqqında məlumatları bizə təqdim edir.
git merge müxtəlif branch-larda edilən dəyişiklikləri əsas branchda birləşdirmək üçün istifadə olunur.branch-ları merge etmədən öncə fetch ilə en son dəyişiklikləri yükləyin.
git merge <Your Branch>
Git-i idarə etmək üçün proqram təminatından istifadə edə bilərsiniz(Məndə istifadə edirəm).Bunun üçün pulsuz təqdim edilən Github Desktop yükləyin.
Daha çox bu barədə məqalə üçün buradan keçid edə bilərsiniz.
Bir şərh yazın