Veb saytınızın Google axtarışlarında ilk sıralarda olmasını və daha çox traffik istəyirsiniz? Google-un son alqoritm yenilikləri bəzi SEO Optimizasiya Texnikalarını sıradan çıxardı. Bu məqalədə 30 ədəd SEO optimizasiya texnikalarını sizinlə bölüşəcəyəm.

  • URL-də #-dən istifadə etməyin. Google botları # içində keçən linkləri dəstəkləmir.
  • Google Search Consolo vasitəsilə backlinklərinizi izləyin və zərərli (spam score’u yüksək) saytları blok edin (disawov).
  • Backlinklərinizin təbii yaranmasına fikir verin.
  • Daxili SEO optimizasiyası edərkən anchor text-lərin rolu çox böyükdür. Davamlı eyni anchor text-dən eyni linkə link verməyin. Hətta daxili SEO optimizasiyası edərkən bəlirli bir keywordün arxasına gizlənməyin. Təbii olun.
  • SSL (https) sertifikatınız yoxdursa alın. 3 ay müddətində pulsuzdur. 
  • Veb saytınızın açılma müddətinin 1-2 saniyədən az olmasına çalışın. Saytınızın açılma müddətini buradan ölçə bilərsiniz.
  • Open Graph teqlərini saytınızda yerləşdirin. Əgər WordPress istifadə edirsizsə Yoast SEO plugini quraşdırsanız avtomatik yaranacaqdır.
  • Sitemap.xml faylı yaradın və Google Search Console-a əlavə edin. Yoast SEO avtomatik sitemap yaradır. Sitemap yaratmaq üçün bu saytdan istifadə edə bilərsiniz. Sitemap Google-un saytınızı render etməsinə kömək edir.
  • Robots.txt faylı yaradın və sitemap-ınızı əlavə edin. Bu faylı Yoast SEO vasitəsilə yarada bilərsiniz.
  • Hər səhifədə 1 ədəd H1 başlığı olmalıdır. Birdən çox H1 başlığı istifadə etməyin.
  • Məqalələrin adının (title) 60 simvoldan az olmasına fikir verin.
  • Əlavə olaraq meta descriptionun desktopda 160 simvol, mobildə isə 130 simvol ətrafında olmasında diqqətli olun. Meta description və title-ınızın Google-da necə görünəcəyinə buradan baxa bilərsiniz.
  • Açarsözdən istifadə sayında diqqətli olun. Unutmayın ki, hər şeyin çoxu ziyandan başqa bir şey deyil. Açarsöz sıxlığını 4% ətrafında tutun.
  • Domain adınızın 15 simvoldan az olmasında diqqətli olun.
  • Açarsözünüzü başlıqlarda istifadə edin. (H1-H6)
  • Eyni kontentdən iki və daha çox səhifədə istifadə etməyin. Etsəniz belə bunu rel=canonical ilə həll edə bilərsiniz.
  • Məqalələrinizi tez-tez yeniləyin.
  • Veb saytınızın responsive yəni mobilə uyğun olmasına diqqət edin.
  • Şəkilləri saytınıza yükləyərkən açarsözünüzə uyğun adlandırıb upload edin. Və alt teqində açarsözünüzü yazın.
  • Şəkillərinizin az ölçülü amma eyni zamanda keyfiyyətli olmasına çalışın.
  • Qırıq linklərin olmamasına fikir verin. Screaming Frog SEO analiz aləti vasitəsilə qırıq linkləri tapa bilərsiniz.
  • Veb saytınızda Sizinlə əlaqə, 404 səhifələri yoxdursa yaradın.
  • .edu və .gov backinkləri sizə ilk sıralarda yer almaqda kömək edə bilər.
  • Rəqiblərinizin backinklərini analiz edərək siz də backlink almağa çalışın.
  • 301 yönləndirməsi (301 redirect) yönləndirməsi olan linklərin çoxluğu saytınızın Google-dakı sıralamasına mənfi təsir edə bilər.
  • Wikipediadan backlink almağa çalışın. Wikipediadan alınan backlinklərin nofollow olmasına baxmayaraq sizə xeyiri dəyə bilər.
  • Qarşılıqlı bir-birinizə backlink verməyin. Məsələn A saytından C saytına backlink vermək istəyirsizsə əvvəlcə A saytından B saytına daha sonra isə B saytından C saytına backlink verin.
  • Məqalələrinizin 1000 və daha çox sözdən ibarət olmalıdır.
  • Məqalələrinizdə LSI (Latent Semantic Indexing) açarsözlərdən istifadə edin. LSI açarsözlər Google-da hər hansı bir axtarış etdikdə Google-un məsləhət gördüyü sözlərdir. Bu saytdan LSI açarsözləri tapa bilərsiniz.
  • Title və meta description-ınızda da LSI açarsözlərdən istifadə edin.
Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

0 Şərh