Animasiya bizə hekayələr danışmağa, duyğu və ideyaları unikal şəkildə çatdırmağa imkan verir. Bu gün layihələrinizdə istifadə edə biləcəyiniz 30 JavaScript animasiya kitabxanası tanıdacağam.

1. Greensock

Hər bir brauzerdə işləyən yüksək performanslı animasiyalar yaratmaq üçün istifadə olunan JavaScript kitabxanası.

2. VelocityJS

Velocity jQuery-nin $.animate() ilə eyni API-yə malik yüngül animasiya kitabxanasıdır.

3. Lax.js

Sürüşdürdükdə hamar və gözəl animasiyalar yaratmaq üçün sadə və yüngül javascript kitabxanası.

4. Rellax.js

Vanilla javascript parallax kitabxanası.

5. three.js

Standart WebGL renderi ilə istifadəsi asan, yüngül, 3D kitabxana.

6. wow.js

Ekran sürüşdürdükde animasiylara göstərmək üçün istifadə edilir.

7. Chocolat.js

Pulsuz animasiya kitabxanası.

8. Animate on Scroll

Ekran sürüşdürdükde animasiyalar göstərmək üçün istifadə elidilir.

9. TiltJS

AnimationFrame ilə təchiz edilmiş 60+fps animasiyalar üçün istifadə edilir.

10. Rough Notation

Rough Notation veb səhifədə annotasiyalar yaratmaq və canlandırmaq üçün kiçik JavaScript kitabxanasıdır.

11. tsParticles

Animasiya yaratmaq üçün yüngül kitabxanadır.

12. Particles.js

Animasiya yaratmaq üçün yüngül kitabxanadır.

13. mo.js

Veb üçün hərəkətli qrafik kitabxanadır.

14. Lightbox2

Şəkilləri cari səhifənin yuxarısına yerləşdirmək üçün kiçik JS kitabxanası.

15. Slick

Tam "responsive carousel".

16. Barba.js

Veb saytınızın səhifələri arasında animasıyalı keçidlər üçün istifadə edilir.

17. Locomotive Scroll

Ekran sürüşdürmeleri zamanı istifadə edilir.

18. Owl Carousel

Pulsuz "responsive jQuery carousel".

19. SwiperJS

Pulsuz, Açıq Mənbə, jQuery-siz slider. Vanilla JS və React, Vue, Angular və s. kimi bütün müasir framework-lərdə istifadə edilə bilər.

20. Splide

"Carousel və slider " üçün pulsuz "pure JS" kitabxana.

21. Simple Parallax

Javascript ilə parallax effekti əldə etməyin ən asan yolu.

22. Kute.js

KUTE.js müasir brauzerlər üçün JavaScript animasiya kitabxanasıdır.

23. Granim.js

Bu kiçik javascript kitabxanası ilə  interaktiv gradient animasiyalar yaratmaq mümkündür.

24. Popmotion

Gözəl istifadəçi interfeysləri üçün sadə animasiya kitabxanasıdır.

25. Vivus

Vivus SVG-ləri canlandırmağa imkan verən yüngül JavaScript kitabxanasıdır.

26. Typed.js

Yazı animasiyaları üçün JS kitabxanasıdır.

27. Progress Bar JS

Tam responsive progress bar-lar üçün istifadə olunur.

28. AnimeJS

Sadə, lakin güclü API ilə birgə yüngül JavaScript animasiya kitabxanasıdır.

29. AniJS

Veb dizaynınızı kodlaşdırmadan hərəkətli etmək üçün kitabxanadır.

30. Remotion

Bu, özlüyündə animasiya kitabxanası deyil, lakin siz Javascript kodu yazaraq videolar hazırlamaq üçün bundan istifadə edə bilərsiniz.

Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

0 Şərh