![Bilməli olduğunuz 10 SQL əmri [SQL tarixi]](https://kananmirza.com/assets/images/post-single/post-single-01.jpg)
Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.
SQL ilk dəfə 1970-ci illərin əvvəllərində Donald D. Chamberlin və Raymond F. Boyce tərəfindən relyasiya modeli haqqında öyrəndikdən sonra IBM-də hazırlanmışdır. Əvvəlcə SEQUEL adlanan bu versiya IBM-in orijinal verilənlər bazası idarəetmə sistemində saxlanılan məlumatları manipulyasiya etmək və əldə etmək üçün nəzərdə tutulmuşdur.1970-ci illərin sonlarında indiki Oracle Təşkilatı Codd, Chamberlin və Boyce tərəfindən qurulan konsepsiyaların potensialını gördü və öz SQL-əsaslı Relasiyalı Verilənlər Bazasını inkişaf etdirdi.1986-cı ilə qədər ANSI və ISO standart qrupları rəsmi olaraq standart «Verilənlər Bazası Dili SQL" dil tərifini qəbul etdilər. Standartın yeni versiyaları 1989, 1992, 1996, 1999, 2003, 2006, 2008, 2011 və ən son 2018-cı ildə nəşr edilmişdir.
ANSI və ISO standart qrupları rəsmi olaraq standart «Verilənlər Bazası Dili SQL" dil tərifini qəbul etsələr belə , SQL dilinin fərqli versiyaları vardır. Versiyalar fərqli olsalar belə onlar ANSİ standartlarına uyğun olmaq üçün əsas əmrlərin hamısını dəstəkləyirlər. Əsas əmrlərə misal olaraq SELECT , UPDATE , DELETE , İNSERT , WHERE göstərə bilərik.
SELECT Əmri ilə Verilənlər Bazasında olan Cədvəllərdən Dəyərlər Gətirilir. Dəyətləri müəyyən şərt altın da da gətirmək mümkündür. Bunun üçün də “Where” açar sözündən istifadə olunur.
Müştəri cədvəlindən bütün sahələri seçmək üçün:
SELECT * from customer
Insert Əmrini 2 üsulla yazmaq olar :
1)Cədvəlin bütün sutunlarına dəyər əlavə edən zaman onların hamısının adını yazmaq lazım deyil. Sadəcə Diqqət Etmək lazımdır ki , dəyərlər cədvəlin sütunlarını ardıcıllığı ilə əlavə olunacaq:
INSERT into customer values (1,'Kanan','Mirzeyev','25')
2)Dəyərlər Sütunların adlarını yazdığımız ardıcıllıqla əlavə olunacaq:
INSERT into customer ('customerID','firstname','lastname','age') values (1,'Kanan','Mirzeyev','25')
Update əmri ilə cədvəldə olan dəyərlər üzərində dəyişikliklər aparmaq olar. Əgər dəyişikliyin bütün dəyərlərə tətbiq olunmasını istəmiriksə o zaman “where” açar sözündən istifadə edərək şərt veririk:
UPDATE customer set age=27 where id=1
Delete Əmri Cədvəllərdən Dəyərlərin silinməsi üçündür. Delete əmrində şərtin qoyulması vacibdir. Əgər şərt qoymasaq onda cədvəldə olan bütün dəyərlər silinəcək:
DELETE customer where id=1
Bəzi şərtlərə əsasən SELECT ifadəsinin nəticələrini məhdudlaşdırmaq və ya filtrləmək istədikdə WHERE əmrindən istifadə etməliyik.
5 AZN çox olan bütün ödənişləri seçin:
SELECT * from payment where amount > 5;
Biz diapazon daxilində dəyərləri seçmək istədikdə BETWEEN əmrindən istifadə edirik. WHERE operatorundan istifadə edərək başlanğıc və son nöqtəni təmin etməliyik:
SELECT * FROM customer WHERE age BETWEEN '22' AND '27'
AND, OR və NOT boolean operatorlarıdır. Onlar bizə nəticələrimizi süzgəcdən keçirmək üçün boolean cəbrini tətbiq etməyə imkan verir.
SELECT * FROM age WHERE id=1 AND name='Kanan'
Bir sütunda maksimum və ya minimum dəyəri tapmaq lazım olduqda, MIN/MAX funksiyalarından istifadə edirik.
SELECT MAX(age),MIN(age) FROM customer
Nəticələrin sayını məhdudlaşdırmaq üçün LIMIT və OFFSET operatorlarından istifadə edirik.
SELECT * FROM customer ORDER BY age DESC LIMIT 10 OFFSET 50
Nəticələrimizi artan və ya azalan qaydada sıralamaq istədikdə, ORDER BY-dan istifadə edə bilərik. Cədvəlin bütün sətirlərindən bəzi dəyəri hesablayaraq ümumi sütunlar qurmaq üçün GROUP BY-dən istifadə edə bilərik.
SELECT * from customer ORDER BY name DESC
Bir şərh yazın