Laravel nədir?

Laravel PHP dilində yazılmış ən çox istifadə olunan framework-dür.O, Taylor Otwell-in tərəfindən yazılmışdır. Sintaksis sadədir. Buna görə də öyrənmək daha asandır. Laravel bir çox struktur və xüsusiyyətləri özündə ehtiva edir. Nəticədə sadə veb proqramlarda və ya mürəkkəb veb səhifələrdə asanlıqla istifadə edilə bilər.Laravelin şüarı "The PHP Framework For Web Artisans"dir.

Niyə Laraveldən istifadə edirik?

Laravel peşəkar və ya həvəskar veb proqramçılar tərəfindən istifadə edilə bilər. OOP strukturu ilə daha səliqəli, təmiz, oxunaqlı kod yazmağa imkan verir.

Laravel haqqında nə bilməliyik?

  • Eloquent ORM daxildir. Bu strukturda verilənlər bazasında hər bir cədvələ uyğun olan model sinfi mövcuddur. Bu şəkildə uzun sorğu cümlələri yerinə verilənlər bazası sorğularını çox daha sadə bir şəkildə etməyə imkan verir. O, həmçinin sorğularınıza heç bir dəyişiklik etmədən müxtəlif verilənlər bazalarından (Mysql, PostgreSql, MongoDB və s.) sorğu etmək imkanı təqdim edir.
  • Yalnız bir neçə sətir kodu ilə avtomatik səhifələşdirmə(Pagination) xüsusiyyətinə malikdir.
  • Migration və seeder quruluşu ilə verilənlər bazasında cədvəllərin qurulması, versiyaların qurulması və məlumatların daxil edilməsi əməliyyatları daha sadə şəkildə idarə oluna bilər
  • "Template engine " kimi "Blade" istifadə edir. MVC (Model, View, Controller) arxitekturasında View (V) hissəsinə uyğun gəlir. Bu quruluş sayəsində php və html kodlarımızı bir-birindən ayırmaq imkanı verir.

Çoxlu dil

Çoxdilli sistem özündə hazır  gətirən Laravel, asan funksiya quruluşu ilə çox dildə layihələr hazırlayanlar üçün uyğundur. Hər dil üçün bir qovluğa sahib olmaqla, təsdiqləmə kimi strukturu istənilən dilə asanlıqla uyğunlaşdıra və ya internetdən layihənizə əlavə edə bilərsiniz.

Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

0 Şərh