Mərkəzi Polşada yerləşən Techland tərəfindən ilk dəfə 2015-ci ildə oyunçuların qarşısına çıxan zombi temalı həyatda qalma oyunu olan Dying Light illər keçdikcə sektorda öz yerini aldı.Milyonlarla oyunçu tərəfindən oynanan və müsbət geri dönüş alan oyunun 2-ci versiyası üzerində işlər uzun müddətdir davam etdirilir.Firma, Dying Light 2 oyununun ötən illərdə oyunçuların qarşısına çıxacağını bildirsədə koronavirus pandemiyası ilə əlaqədar olaraq bilinməyən bir tarixə qədər uzadıldı.

Dying Light 2 Stay Human - rəsmi oyun videosu

Firma tərəfindən canlı yayımlanan açıqlamaya görə, seriyanın ikinci oyunu bu ilin sonunda Dying Light 2 Stay Human adı ilə çıxacaq.İlk oyunda olduğu kimi, hekayənin və aktyor heyətinin genişləndiyi bu oyunda da qiyamət sonrası zombilərlə dolu olan bu dünyada sağ qalmağa çalışacağıq.

Oyunun hekayəsini Steam, bu sözlərlə təqdim edir:

“Virus qalib gəldi və sivilizasiya Qaranlıq Əsrlərə qayıtdı. Bəşəriyyətin son yaşayış məntəqələrindən biri olan Şəhər məhv olmaq ərəfəsindədir. Sağ qalmaq və dünyanı yenidən formalaşdırmaq üçün çeviklik və döyüş bacarıqlarınızdan istifadə edin. Sizin seçimləriniz hər kəsin taleyini həll edəcək”.

Oyunçuların gözünü yolda qoyan Dying Light 2 Stay Human-da türkcə interfeys və altyazı dəstəyi də olacaq. 

Daha çox məqalə üçün buradan keçid edə bilərsiniz.

Kanan Mirzayev
Full Stack Web Developer

Bir proqramçını tanımağın ən yaxşı yolu onun yazdığı kodlara baxmaqdır.Github hesabıma keçid edə bilərsiniz.

Bir şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.

0 Şərh