Demək olar ki, hamı film izləməyi sevir, amma hər kəsin öz kino zövqü var. Amma elə filmlər var ki, hər kəsin diqqətini çəkməyi bacarır və bu filmlər adətən ilk elan edildiyi andan maraqla gözlənilir.

Xatırladaq ki, siyahıda olan bütün filmlərin 2023-cü ildə rəsmi olaraq ekranlara çıxacağı açıqlanıb və hələ ki, çıxış tarixi müəyyən olmayan filmlər əlavə edilməyib.

1.Dune Part 2

Çıxış tarixi: 3 noyabr 2023-cü il

İlk filmi ilə yaxşı nəticə göstərən Dune ikinci filmi ilə hekayəni davam etdirir. Görək bu dəfə Paulu hansı macəralar gözləyir.

Ant-Man & The Wasp: Quantumania

Çıxış tarixi: 17 fevral 2023-cü il

Ant-Man & The Wasp: Quantumania, bu ilin ən çox gözlənilən filmlərindən biridir və bu film Black Panther: Wakanda Forever ilə bitən 4-cü mərhələdən sonra gələcək filmləri hazırlayacaq və bizi Kangla tanış edəcək.

Əfsanə geri dönür: John Wick: Chapter 4

Çıxış tarixi: 24 mart 2023-cü il

Əslində haqqında çox danışmağa ehtiyac görmədiyim John Wick ilk filmi ilə bütün dünyada böyük uğur qazanmışdı.

Indiana Jones and the Dial of Destiny

Çıxış tarixi: 30 iyun 2023-cü il

80-ci illərin ən məşhur döyüş filmlərindən biri olan Indiana Cons əfsanəsi "Son macəra" filmi ilə sona çatdı. Bununla belə, Lucas Film ötən aylarda son bir film üçün geri döndüyünü açıqladı. Bu filmdə məşhur arxeoloqumuz və məzar basqınçımız Indiana Cons dünyanı sonuncu dəfə xilas edəcəkdir.

Oppenheimer 

Çıxış tarixi: 21 iyul 2023-cü il

Cristopher Nolan yeni layihəsi Oppenheymer atom bombasının ixtiraçısı Robert Oppenheymerdən bəhs edir. Nolanın filmdə atom bombası partlamasını effektlərdən istifadə etmədən etdiyini deməsi filmə marağı artırıb.

Wonka

Çıxış tarixi: 15 dekabr 2023-cü il

Johnny Depp ən uğurlu filmlərindən biri kimi görünən Charlie and the Chocolate Factory 1971-ci ildəki film və kitabları kölgədə qoyaraq böyük uğur qazandı. Bu il ərsəyə gələcək “Wonka” həm filmlərin, həm də kitabın əvvələrindən bəhs edir və Willy Wonkanın məşhur şokolad fabrikini necə qurduğunu izah edir.

The Flash

Çıxış tarixi: 23 iyun 2023-cü il

Çıxışının ilk dövründə çəkilən Justice League filminin az qala bütün izləyicilərinin sevdiyi tək personaj olan Flash solo filmi bu il nəhayət tamaşaçı ilə görüşəcək. Filmdə klassik solo filmlərdən fərqli olaraq Barry Allen-in The Flash-a necə çevrildiyini görmək əvəzinə, yeni super qəhrəman dövrlərinə daha yaxından nəzər salacağıq.

Spider-Man: Across the Spider-Verse

Çıxış tarixi: 2 iyun 2023-cü il

İlk filmi ilə çox bəyənilən Spider-Man animasiyası davamı ilə komikslərdə gördüyümüz Spider Verse və digər Spider-Man varyasyonlarına diqqət yetirəcək. Həmçinin serialın bu filmində Edge of Time oyununda olduğu kimi filmin düşməni kimi alternativ Peter Parkeri görə bilərik.

Transformers: Rise of the Beasts